Braziliyalı supermodel Jizel Bündhen istər şəxsi həyatı, istərsə də karyerası ilə daim gündəmdə olub. Supermodellə bağlı bu faktlar sizi çox təəccübləndirəcək.
1. Jizel "Ginnesin rekordlar kitabı"na dünyanın "ən varlı supermodeli" kimi daxil olub. Onun sərvəti 150 milyon dollardır.
2. Karyerasına 14 yaşında başlayıb. Onu McDonaldsda rəfiqələri ilə yemək yeyərkən model agentliklərindən birinin rəhbəri "kəşf edib".
3. Valideynləri almandır. Anası Vania Nonnenmacher bank işçisi, atası Valdir Bündhen isə universitetdə müəllim işləyir.
4. Jizeli uşaqlıqda "Oli" deyə çağırıblar. Bu, zeytun sözünün qısaldılmış variantıdır.
5. "People" jurnalına görə, Jizel dünyanın ən gözəl 50 insanından biridir.
6. Leonardo Di Kaprio ilə 3 il sevgili olublar. Cütlük 2005-ci ildə ayrılıb.
7. Model saatda 7 min dollar qazanır.
8. "Qremio" futbol klubuna pərəstiş edir.
9. Jizelin ən yaxın rəfiqələri Karolina Kurkova və Fernanda Tavaresdir.
10. "Şeytan Parda geyinir" filmində oynadığı beş dəqiqəlik epizoda görə 350 min dollar alıb.
11. Jizelin 5 bacısı var. Onlardan biri - əkiz bacısı Patrisiya Jizeldən 5 dəqiqə əvvəl doğulub.
12. Əri futbolçu Tom Bredidir. Supermodelin Benjamin Reyn Bredi adında oğlu və Vivian Leyk Bredi adında qızı var.
13. Yoqa ilə məşğul olur.
14. Jizel tez-tez şəxsi saytında müsabiqə keçirir. Qalib modellə telefonda danışmaq fürsəti qazanır.
15. İngilis, ispan və portuqal dillərini bilir.
buro247.az