Xatun sevgilisindən danışdı - fotolar

Xatun sevgilisindən danışdı -  fotolar
6026 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Xatun şəxsi həyatı ilə bağlı açıqlama verib.

Axşam.az-ın məlumatına görə, sənətçi sevdiyi şəxsin olduğunu etiraf edib. İfaçı hətta ikinci dəfə ana olmaq istədiyini də bildirib:

“Sevdiyim insan var. Həm də sevilirəm, tək deyiləm. Bunu isə açıq-aşkar bəyan etməkdən çəkinirəm. "Baxın mənim ərim, maşınım var" deyib şişirtmək istəmirəm. Gözə gəlməkdən ehtiyat edirəm. Bu xoşbəxtliyin tez bitməsindən qorxuram. Hər bir xanımın həyat yoldaşı olmalıdır, eləcə də müğənninin. Bu gün istədiyim xoşbəxtliyə sahib olmuşam. Heç kimə paxıllıq etmirəm. Buna görə də Allah arzularımı reallaşdırır. Qismət olsa, ikinci dəfə də ana olmaq istəyirəm”.

Foto: Rəşad ABBASOV