“Kimsə qeybətimi qıranda sevinirəm” - fotolar

“Kimsə qeybətimi qıranda sevinirəm”  -  fotolar
1135 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Kərim Abbasov özünü zövqlü ifaçı hesab edir.

Axşam.az-ın məlumatına görə, sənətçi geyimlərində, musiqi seçimində başqalarından məsləhət almadığını bildirib:

“Hər şeyin ən gözəlini görür və seçirəm. Çünki mənim gözlərim gözəldir. Geyimlərimi, musiqilərimi yalnız özüm seçirəm. Zövqümə güvənirəm, gözəldir. Bu həyatda ancaq özümə görə yaşayıram. Mənə xalaoğlunun, qohumun, qonşunun fikri önəmli deyil. Heç kimin məni nəyəsə görə qınamağa ixtiyarı yoxdur. Arxamca qeybətimi qıranlar olanda isə fikir vermirəm, etsinlər də. Qeybətimi edən olanda sevinirəm, çünki günahlarımı yuyurlar”.

Qeyd edək ki, K. Abbasov xalq artisti Aygün Kazımovanın ad günü mərasimində “dəniz qulduru” obrazına girib. Sənətçinin həmin gün çəkilən fotolarını təqdim edirik.

Foto: Rəşad ABBASOV