Xoşqədəm sığınacağa getdi - fotolar

Xoşqədəm sığınacağa getdi - fotolar
3024 dəfə oxunub
  • A-
  • A
  • A+

“Səni axtarıram”ın kollektivi Şərq bazarının yanındakı müvəqqəti sığınacağa baş çəkib.


Axşam.az “Xeberdar.az”a istinadən  xəbər verir ki, Xoşqədəm Hidayətqızı bu soyuq havada kimsəsizlərə, imkansızlara yaradılan şəraitlə tanış olub.

Tanınmış aparıcı öz razılığı bu cür dilə gətirib:

“İşdən çıxıb evə gedərkən, yolumuzun üstündəki müvvəqqəti sığınacağı görüb dayandıq. Bilmək istəyirdik ki, orda kimlər var, şərait necədir? İçəri keçdik, növbətçilər ayaq üstə gələnləri qarşılayır, çay verir və s. Nə deyim bu soyuqda kimsəsizlərə, imkansızlara əl tutanlara Allah kömək etsin! Bizi həm də sevindirən, öz işlərini layiqincə yerinə yetirən, etimadı doğruldan məmurlarımızdır. Səlim Müslümova təşəkkürümüzü bildiririk. Və təbii ki, Nərimanov rayonunun İcra Başçısı Abidin Fərzəliyevə minnətdarıq. Etimadı doğruldan, öz işini layiqincə yerinə yetirən məmurlara eşq olsun! Bu fikirlər təkcə bizə məxsus deyil. Həm də sığınacağa pənah gətirən insanlara məxsusdur”.