Müğənni Mayli Sayrus fərqli saç düzümü ilə maraq doğurub.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, həyatını dəyişməyi qərarlaşdıran ifaçı elə ilk olaraq buna saçlarından başlayıb.
Amma müğənni hələ də dil çıxartmaq vərdişi ilə vidalaşa bilmir. Stilistlər Maylidə qadınsayağı obraz yaratmağa çalışıblar. Konsertdəki imici ilə fərqlənən Mayli daha romantik görünüş əldə etmək istədiyini deyib.