Tünzalə bu axşam TRT-də veriliş aparacaq

Tünzalə bu axşam TRT-də veriliş aparacaq
1797 dəfə oxunub
  • A-
  • A
  • A+
Əməkdar artist Tünzalə Ağayevanın verilişi bu gündən etibarən hər şənbə Türkiyənin “TRT-Müzik” kanalında yayımlanacaq.

Axşam.az-ın məlumatına görə, “Bir səsin cazibəsi” adlı proqramda T.Ağayeva 13 həftə efirdə olacaq. Proqram Bakı vaxtı ilə saat 01:15-da yayımlanacaq. Tünzalənin ilk qonağı isə türkiyəli ifaçı Gülaydır. 

T.Ağayeva qonağı və verilişi ilə bağlı fikirlərini bölüşüb:

“Gülay türk xalq musiqisinə öz ifası ilə rəng qatıb. Onun fərqli ifa tərzi, improvizələri var. Türkiyədə veriliş aparmaq mənim üçün qürurvericidir. Artıq verilişin ilk buraxılışı bu axşam olacaq. Məqsədim proqrama musiqinin müxtəlif janrlarında əsl ustadları dəvət etməkdir".

Qeyd edək ki, T.Ağayevanı "Bir səsin cazibəsı " proqramında 15 musiqiçidən ibarət Ankara Kent Orkestrası müşayiət edir. Orkestranın rəhbəri Cüneyt Sözmen, aranjimanlar Alperen Sözmen, bekvokalistlər Ankara Kent Orkestrasının solistləri Neval Solak və Turqay Bengüdür.