Xalq artisti Nazpəri Dostəliyeva illər əvvəl çəkilən fotolarını İnstaqram sosial şəbəkəsində paylaşıb.
Axşam.az xəbər verir ki, müğənni şəkillərdən birində xalq artisti Zeynəb Xanlarova ilə birlikdədir.
Digər fotoda korifey müğənni Şövkət Ələkbərova ilə olan N. Dostəliyeva "Ölməz sənətkarımız, ruhun şad olsun" sözlərini yazıb.
Nazpəri Dostəliyeva ümummilli lider Heydər Əliyevlə birgə tədbirlərdən birində çəkilmiş şəkli də yayımlayıb.