Müğənni Elçin Cəfərov yeni klip çəkilişinə hazırlaşır. Axşam.az-ın məlumatına görə, sənətçi Ülviyyə Tağıyeva ilə birlikdə səsləndirdiyi “Sən” adlı mahnısını ekranlaşdıracaq.
“Bu mahnının da klipi fərqli və maraqlı olacaq. Hazırda yeni bəstələr üzərində çalışıram. Konsertim üçün maraqlı layihə hazırlayacağam. Heç yerdə ifa etmədiyim mahnılarımı özəl olaraq təqdim edəcəyəm” - deyə E.Cəfərov vurğulayıb.
Foto: Rəşad ABBASOV