Bu gün tanınmış prodüser Kamal Cenk İçtən və model Minarə Allahverdiyevanın toyu olub.
Axşam.az-ın məlumatına görə, şəhər restoranlarından birində baş tutan toy mərasiminə sənət aləminin tanınmış simaları qatılıb.
Əməkdar artist Elza Seyidcahan, Ədalət Şükürov, müğənni Emil Bədəlov, rejissor Kənan M.M, model Səbinə Allahverdiyeva və başqalarının iştirak etdiyi gecədə maraqlı anlar yaşanıb.
Qeyd edək ki, bu gün eyni zamanda Minarənin ad günüdür. Toyun əlamətdar gündə baş tutmasını Cenk İçtən özü istəyib. Cütlük bal ayı üçün Türkiyəyə yollanacaq.
Qeyd edək ki, bu, Minarə və Cenkin ikinci evliliyidir. Cütlük toy mərasimindən sonra Türkiyəyə köçüb, orada yaşayacaq.