Cem Yılmazın keçmiş xanımı ilk həyat yoldaşı ilə görüşdü - fotolar

Cem Yılmazın keçmiş xanımı ilk həyat yoldaşı ilə görüşdü - fotolar
2232 dəfə oxunub
  • A-
  • A
  • A+
Şoumen Cem Yılmazla dekabrın 31-də boşanan aktrisa və model Ahu Yağtu ilk həyat yoldaşı ilə görüşüb.

Axşam.az “Hürriyət”ə istinadən xəbər verir ki, o, 19 yaşında ikən ailə qurduğu və özündən 17 yaş böyük olan Doğan Akçura ilə bir araya gəlib. Restoranların birində görüşən Ahu və Doğan dörd saata yaxın söhbət ediblər.

Yağtunu yanağından öpərək yola salan D.Akçura çəkiliş aparan jurnalistə bunları söyləyib:

“Mən vəkiləm, yalan xəbər yazma. Evliyəm, bu yaxınlarda uşağım oldu. Ahu hələ də dostumdur. Başqa məna axtarmayın”.