Ötən gün prodüser Tolik və müğənni Sevda Yahyayevanın işbirliklərinin 1 ili tamam olub.
Axşam.az-ın məlumatına görə, bu münasibətlə Tolik qonaqlıq verib. Bir çox tanınmış simaları başına yığan prodüser və müğənni həmin günü dostları ilə qeyd ediblər. Gecəyə qatılanlar arasında müğənni Elçin Cəfərov, Elton Hüseynəliyev, şair Azər Şirin, aparıcı Zaur Nəbioğlu və başqaları yer alıb.
Qeyd edək ki, Tolik bu günə kimi xalq artisti Aygün Kazımova, müğənni Röya Ayxan və bir çox məşhurların prodüseri olub.