"Mənim bir kəlməm onun karyerasına son qoya bilər" - Flora Kərimova

"Mənim bir kəlməm onun karyerasına son qoya bilər" -  Flora Kərimova
3309 dəfə oxunub
  • A-
  • A
  • A+
Xalq artisti Flora Kərimova yeni mahnılar üzərində çalışır.

Bu barədə Axşam.az-ın müxbirilə söhbətində müğənninin özü bildirib:

“İyirmidən çox təzə mahnım var. Onları tezliklə təqdim edəcəyəm. Çoxlu duet təklifləri alıram. Amma buna son qoymuşam. Çünki məni qınayanlar, irad tutanlar çoxdur. Hamı deyir ki, duetlərə üstünlük verir, solodan uzaqlaşırsınız".

F.Kərimova qeyd edib ki, hər zaman gənclərə dəstək olmağa çalışır:

"Bir vaxtlar mən də gənc olmuşam, kömək edənim olmasa da, paxıllığımı çəkənlər də yox idi. Bizim vaxtımızda səsi olanlar önə keçirdi, özünə yer tapırdı. İndi bu cür deyil. Heç kimin ifasına irad tutmaq istəmirəm. Çünki mənim bir kəlməm onun karyerasına son qoya bilər”.

Foto: Rəşad ABBASOV