Elçini Don Korleoneyə bənzətdilər - fotosessiya

Elçini Don Korleoneyə bənzətdilər -  fotosessiya
1443 dəfə oxunub
  • A-
  • A
  • A+
Axşam.az saytı və İTV-də yayımlanan “Yeni stil” verilişinin birgə hazırladığı “Fotoimic” rubrikasının budəfəki qonağı müğənni Elçin Cəfərov olub.

Məşhurların fərqli obraza girdiyi rubrikada sənətçi “Xaç atası” filminin qəhrəmanı Don Korleoneyə bənzədilib.
Obrazından danışan Elçin Don Korleone ilə tam fərqli xüsusiyyətdə olduqlarını deyib:

“Onun kimi insanlardan uzağam. Əvvəl saf idim, yaşlandıqca bicləşirəm. Amma Don Korleone qədər qəddar deyiləm. Bağışlamağı bacaran biriyəm, kin saxlamıram”.

Qeyd edək ki, "Yeni stil" verilişi hər həftənin şənbə günü saat 17:30-da yayımlanır.

Foto: Bəhruz ƏLİZADƏ