Məleykə Əsədova: “Geyimlərim ancaq brend olmalıdır” - fotolar
Ölkə
16:33 / 03.02.14
6283dəfə oxunub
A-
A
A+
Xalq artisti Məleykə Əsədova sevimli brendlərinin adlarını açıqlayıb.
Axşam.az-ın məlumatına görə, aktrisa yalnız brend mağazalardan və xarici ölkələrdən alış-veriş etdiyini bildirib: “Hər zaman brendlərə üstünlük verirəm. Amma əynimə yaraşmayan libas hansı brend olur-olsun, almaram. Paltar bədənimə tam yaraşmalıdır. İdman stilli geyimlərimi “Armani”dən alıram. “Dolce and Gabbana”nın gecə ziyafət geyimlərini sevirəm. Hazırda əynimdə gördüyünüz bu libas da həmin brendin 2014-cü il modelidir. “Patrizia Pepe” firmasının isə köynəklərini bəyənirəm. Alış-verişi ancaq xarici ölkələrdən edirəm. Hər dəfə qızımın istirahəti olanda xaricə yollanıram. Ən çox İtaliyadan bazarlıq edirəm, burada brend mallar çox olur. Brend alarkən də gərək yaraşanı seçməyi bacarasan”.