Rəqqasə Fatimə Fətəliyeva geyimlərindən danışıb.
Axşam.az-ın müxbirilə söhbətində sənətçi deyib ki, daha çox idman stilli paltarlara üstünlük verir:
"Geyimin brend olması önəmli deyil, əsas mənə yaraşmasıdır. İdman stilində daha rahat oluram. Heç vaxt stilistə müraciət etmirəm. Rəqs geyimlərimin dizaynı da özümə aid olur. Onları əsasən internetdən götürürəm. Daha çox xaricdə alış-veriş edirəm. Əgər harasa gedirəmsə və çantamda on min pul varsa, hamısını xərcləyib, Azərbaycana bir manatsız qayıdacağam. Burada olanda isə simiclik edirəm. Saç düzümüm və makiyajım çox vaxt özümə aid olur”.
Fatimə şəkillərdə gördüyünüz bu paltarlar və zinət əşyaları üçün ümumilikdə 7675 AZN xərcləyib: 
Kofta – Mango 80 AZN
Lassin – 15 azn
Ayaqqabı - 320 AZN
Üzük – 2000 AZN
İkinci üzük - 780 AZN
Qolbağ – 1800 AZN
Sırğa – 480 AZN
Boyunbağı – 2200 AZN
Foto: Rəşad ABBASOV