Məhəbbət Kazımovun xatirəsinə klip həsr olundu - video
Ölkə
10:13 / 04.02.14
2130dəfə oxunub
A-
A
A+
Xanəndə İlkin Əhmədov "Bu sevgidə kim uduzdu, kim uddu" mahnısına çəkdirdiyi klipi əməkdar artist Məhəbbət Kazımovun xatirəsinə həsr edib.
Klipin rejissoru Nail Naiboğlu Axşam.az-a açıqlamasında bildirib ki, ekran işi pavilyonda, Bakının Əhmədli və Əmircan qəsəbələrində çəkilib. Klipdə İlkin müğənni kimi iştirak edib və ekran işi artıq tamaşaçılara təqdim edilib. Həmçinin ekran işində əməkdar artist Vidadi Əliyev, Oqtay Əliyev, eləcə də, Elçin Əlibəylinin atası yer alıb.
Qeyd edək ki, mahnının sözləri Məmməd Araza, musiqisi Razim Paşayevə məxsusdur.