Keçmiş sevgilisini internetdən siləcək

Keçmiş sevgilisini internetdən siləcək
1991 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyəli aktrisa Cansu Dərə keçmiş sevgilisi, şoumen Cem Yılmazla bağlı şayiələrdən qurtula bilmir.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçi söz-söhbətə son qoymaq üçün vəkilinə müraciət edib.

Cansu dünyanın ən böyük internet axtarış şəbəkəsi olan "Google"da Cemlə adlarının birgə yer aldığı bütün xəbər və fotoları sildirmək istəyir. Aktrisanın vəkili artıq bu istiqamətdə işə başlayıb.

Qeyd edək ki, C. Dərə və C. Yılmaz 7 il sevgili olduqdan sonra ayrılıb. Daha sonra model Ahu Yağtu ilə ailə quran şoumen bir müddət əvvəl boşandıqda buna Cansunun səbəb olduğu bildirilirdi. Hətta cütlüyün görüşdüyü və yenidən sevgili olacağı haqqında xəbərlər yayılmışdı.