Aqutinlə Varumun Bakıda konsert verəcəkləri məkan bilindi

Aqutinlə Varumun Bakıda konsert verəcəkləri məkan bilindi
1525 dəfə oxunub
  • A-
  • A
  • A+
Rus estradasının tanınmış simaları Anjelika Varum və Leonid Aqutin apreldə Bakının qonağı olacaqlar.

Axşam.az-ın məlumatına görə, ayın 4-də baş tutacaq konsert Heydər Əliyev Sarayında gerçəkləşəcək. “Sweet production” tərəfindən təşkil edilən gecəyə biletlərin qiyməti 22 manatdan 160 manata qədərdir.

Qeyd edək ki, Anjelika və Leonit cütlüyü 1998-ci ildə evlənib. Cütlüyün bir qız övladı var.