Məşhur türkiyəli model Sinəm Kobal futbolçu sevgilisi Arda Turandan ayrıldıqdan sonra yeni həyata başlayıb.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ulduz İnstaqram sosial şəbəkəsində aktivləşib.
Arda ilə münasibəti olanda İnstaqram hesabı açan Sinəm şəkil paylaşmırdı. Amma cütlük ayrıldıqdan sonra model çoxlu fotolarını yükləməyə başlayıb. İlk paylaşdığı foto ilə sevənlərini saxta hesabdan qaçmağa səsləyən Sinəm jurnali çəkilişləri zamanı istifadə olunan fotolardan birini sevənləri ilə bölüşüb.