Müğənniləri üz-üzə gətirəcək yarışma

Müğənniləri üz-üzə gətirəcək yarışma
1949 dəfə oxunub
  • A-
  • A
  • A+

Rejissor Nail Naiboğlu yeni layihəyə imza atıb.

Axşam.az-ın məlumatına görə, “Zirvədəkilər” adlanan layihə “Lider” televiziyasında yayımlanacaq.
Layihədə şou-biznes nümayəndələri müxtəlif nominasiyalar üzrə yarışacaq və izləyicilərin səsverməsi nəticəsində qalib müəyyənləşəcək.

"Zirvədəkilər"in ilk sayının çəkilişi baş tutub. Əməkdar artist Ədalət Şükürov, müğənni Nadir Qafarzadə, Səbinə Babayeva, Samira, Natəvan Həbibi, Elton Hüseynəliyev, tarzən Humay Qədimova və basqaları çəkiliblər. Nominantlar performanslarını hər həftənin cümə günü "Bu saat" proqramında göstərəcəklər. İlk buraxılış fevralın 14-də efirə gedəcək.

Layihənin mükafatlandırma mərasimi mayın əvvəlində baş tutacaq.