Eldarın konsertinin vaxtı bəlli oldu

Eldarın konsertinin vaxtı bəlli oldu
1390 dəfə oxunub
  • A-
  • A
  • A+

“Eurovision-2011” mahnı müsabiqəsinin qalibi Eldar Qasımov ilk solo konsertinə hazırlaşır.

Axşam.az xəbər verir ki, bu barədə Lent.az-a müğənni özü məlumat verib. İfaçının sözlərinə görə, ilk solo konsertinin adı, məkanı və vaxtı da məlumdur:

“Nəhayət, xeyli müddətdir keçirmək istədiyim solo konsertimi gerçəkləşdirəcəyəm. Bunun üçün bütün hər şey hazırdır. Belə ki, fevralın 23-də, saat 20:00-da “Pasifico” klubda “The one” adlı konsertim olacaq. Hazırda iki cür hiss keçirirəm. Birinci böyük məsuliyyət, ikinci isə vaxt azlığı. Bunlara baxmayaraq, məni sevən dinləyicilərimə demək istəyirəm ki, ilk solo konsertimdə sizləri gözləyirəm. Bir xahişim də var, konsertimə gəldiyiniz zaman rahat olun. Siz, mən, gecə və mahnılar. Məncə, çox gözəl bir gecə həyata keçirəcəyik”.