Aybəniz Haşımova tanınmış modelə qonaqlıq verdi – fotolar

Aybəniz Haşımova tanınmış modelə qonaqlıq verdi – fotolar
5741 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Aybəniz Haşımova model Rüstəm Cəbrayılova evində qonaqlıq verib.

Axşam.az-ın məlumatına görə, Rüstəmlə çəkdirdiyi fotoları müğənninin qızı Aynişan Quliyeva İnstaqram səhifəsində paylaşaraq bu sözləri qeyd edib: 

“Evimizin sevimli qonağı Rüstəm Cəbrayılov. Sənə təşəkkür edirik, evimizin qapıları hər zaman sənin üzünə açıqdır”.

R.Cəbrayılov isə təəssüratlarını belə bölüşüb:

“Bu gün sizləri gördüyümə çox şad oldum. Qonaqpərvərliyinizə görə təşəkkür edirəm. Özümü evimdəki kimi hiss etdim”.

Qeyd edək ki, R.Cəbrayılov uzun müddətdir, Amerikada fəaliyyət göstərir. O, “Best model of the World 2007” müsabiqəsinin qalibidir.