Türkiyəli müğənni Murad Dalkılıç məşhur futbol məşqçisi Fatih Terimin qızı, modelyer Busə Terimin bloqu üçün qarderobunu nümayiş etdirib.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, pop müğənnisi ölkə xaricində alış-veriş etməyi sevdiyini bildirib:
"Paltarlarımı özüm seçirəm. Amma uşaqlıq dostum, həm də menecerim olan Berk Balatlıoğlunun da zövqünə güvənirəm. Çox vaxt birlikdə alış-veriş edirik. Əsasən, London, Milan və Los-Ancelesdə fərqli geyimlər tapıram. Özüm gedə bilmədikdə sifariş verirəm. Əvvəllər saat və sırğa taxmağı sevirdim. Amma artıq sıxılıram".