L-Mir-in klip təqdimatında baş verənlər - fotolar

 L-Mir-in klip təqdimatında baş verənlər - fotolar
2729 dəfə oxunub
  • A-
  • A
  • A+

Keçmiş “Dəyirman” qrupunun solistlərindən olan L-Mir solo karyeraya başlayıb.

Axşam.az-ın məlumatına görə, ifaçı bu gün media nümayəndələrini başına toplayıb, yeni klipini təqdim edib.

“Qara buludlar” adlanan mahnının sözləri L-Mirin özünə, musiqisi isə Fərid İsmayılova aiddir. Maraqlı süjet xətti olan ekran işinin prodüseri Nicat Qədimlidir.

Nurlana Cəfərova və Cavid Gülün aparıcılıq etdiyi təqdimat mərasiminə “Dəyirman” qrupunun keçmiş üzvləri Miri Yusif və ABD Malik də qatılıb. Eyni zamanda L-Mir-i təbrik edənlər arasında əməkdar artist Sevda Ələkbərzadə, rəqqasə Oksana Rəsulova, müğənni İlhamə Qasımova və telejurnalist Nərgiz Cəlilova yer alıb.

Bir çox maraqlı anların yaşandığı təqdimat mərasimində “Dəyirman”ın üzvləri səhnəyə çıxaraq bir vaxtlar repertuarlarında olan məşhur “Sarı güllər” mahnısını oxuyublar.
 
L-Mirin yeni klipini və gecədən fotoları təqdim edirik.

Foto: Rəşad ABBASOV