"Bunun bir adı var: oğurluq"

"Bunun bir adı var: oğurluq"
2443 dəfə oxunub
  • A-
  • A
  • A+

Rəqqasə Fatimə Fətəliyeva həmkarlarına ismarış göndərib.

Axşam.az xəbər verir ki, sənətçi onun ideyalarını oğurlayanlara xəbərdarlıq edib:

“Eşidirəm ki, bəzi həmkarlarım mənim etdiyim layihəni təkrarlayaraq tanınmış simaları bir araya yığır. Bu, sadəcə, gülüncdür. Azərbaycanda ilk dəfə tanınmış simaları bir layihədə toplayan rəqqasə mənəm. Əgər kimlərsə bunu təkrarlamaq istəyirsə, bunun bir adı var: oğurluq! Başa düşə bilmirəm, nə vaxta qədər mənim tökdüklərimi yığacaqlar? Bu günə qədər susdum, düşünməsinlər ki, yenə susacağam”.

Qeyd edək ki, sözügedən layihədə əməkdar artisti Almaz Ələsgərli, müğənni Ramal İsrafilov, Könül Kərimova, Nadir Qafarzadə, Roza Zərgərli, Sevda Yahyayeva, Günay İbrahimli, Rəqsanə İsmayılova, Xəyyam Nisanov, Namiq Qaraçuxurlu, yumorist Rafael və Coşqun, Olimpiya çempionu Elnur Məmmədli, prodüser Tolik və başqaları iştirak edəcək. Tanınmışlar hind aktyoru Şahrux Xanın filmindən olan səhnəni canlandıraraq Fatimə ilə birgə rəqs edəcəklər.