Müğənni Natavan Həbibi həmkarı Xatirə İslamın ad günündə xalq artisti İlhamə Quliyevaya barışıq jesti edib.
Axşam.az-ın məlumatına görə, “Onlar” verilişinin görüntülədiyi videoda Natavanın “Kraliça sağ olsun” sözləri əks olunub.
Belə ki, gecənin aparıcısı Sərxan Kərəmoğlu İlhamə Quliyevanın çıxışından sonra N.Həbibini səhnəyə dəvət edərək “Kraliçadan sonra prinsessa oxusun” deyib. Onun qarşılığında isə müğənni bu cavabı verib.
Həmin məqamı videonun dördüncü dəqiqəsindən sonra izləyə bilərsiniz.