Müğənni Roza Zərgərlinin "UC-Kuduk" özbək qrupunun solisti Ziyad İşanxocayevlə səsləndirdiyi “Tı i ya” mahnısının klipi söz-söhbətə səbəb olub.
Axşam.az-ın məlumatına görə, ekran işindən bir neçə saniyəlik görüntülər sosial şəbəkədə yayılıb. Burada yer alan sevişmə səhnələri izləyicilərin diqqətini çəkib. R.Zərgərli sosial şəbəkələrdə yazılan rəylərə və ona ünvanlanan tənqidlərə "Facebook" səhifəsində cavab verib:
“Tı i ya” klipindən yayılan qısa kadrın bu qədər məşhurlaşması məndə qəribə hislər yaratdı. Bilməzdim ki, erotika tamaşaçı üçün bu qədər maraqlıdır. Belə başa düşdüm ki, yalan və doğru tənqid etsələr də, hər kəs barmaqlarının arasından, ya da gecə hamı yatandan sonra gizlincə buna baxıb. Mənim üçünsə bir rejissor olaraq bu, incəsənət layihəsidir. Odur ki, klipin təqdimatını gözləyin, bu, şok olacaq”.
Qeyd edək ki, klipin birinci hissəsi Daşkənddə Hollivud rejissoru, klipmeyker Bahodir Yuldaşev tərəfindən, ikinci hissəsi isə Azərbaycan rejissoru Elşən Babayev tərəfindən çəkilib. Obraz üzərində modelyer Gülnarə Xəlilova, stilistlər Anar Ağakişiyev, Ruslan və vizajist Ramilə işləyiblər.