Fevralin 17-dən etibarən ATV telekanalında “Özünə bax 3” zövq yarışmasına start veriləcək.
Axşam.az-ın məlumatına görə, bu mövsümdən yarışmanın şərtlərində müəyyən dəyişikliklər edilib. “Özünə bax”da qadın iştirakçılarla yanaşı zövqünə güvənən kişilər də yarışacaq.
Layihə rəhbəri Ruhi Əliyevanın da münsif olduğu yarışmada əsasən iştirakçılara düzgün geyinməkdə və individual tərzin formalaşdırılmasında yardım ediləcək. İştirakçılar studiyada yaradilacaq qarderob və stilist xidmətlərindən də yararlana biləcək. Layihə boyu yerli eləcə də xaricdən dəvət olunacaq stilist, dəb mütəxəssisi, imicmeykerlər iştirakçıları qiymətləndirəcək.
Müsabiqənin qala gecəsi iyunda baş tutacaq.
Layihənin qalibi olacaq kişi iştirakçı dəyərli avtomobil, qadın isə brilyant daşlarla bəzədilmiş zinət əşyası qazanacaq. Seçimlərinə start verilən “Özünə bax”da Ruhi Əliyeva ilə yanaşı dizayner Afaq İsmayılzadə də daimi münsif kimi iştirak edəcək.