Əməkdar artistin qeyri-adi qalstuku – fotolar

Əməkdar artistin qeyri-adi qalstuku –  fotolar
2828 dəfə oxunub
  • A-
  • A
  • A+
Əməkdar artist Səlim Abbasov geyimi ilə izləyiciləri təəccübləndirib.

Axşam.az-ın məlumatına görə, “Xəzər” telekanalında yayımlanan “Bizim gün” verilişinə qatılan ifaçı skripka formalı qalstuk taxıb. O, qalstukun öz ideyası əsasında hazırlandığını bildirib:

“Sənət adamı oxumağı, ifası ilə yanaşı, geyimləri ilə də təəccübləndirməyi bacarmalıdır. Skripka formasında olan bu qalstukun ideyası özümündür. Modelyerə bu cür bir qalstuk istədiyimi dedim, çox gözəl düzəltdi. Hətta skripka formasında “baboçka”da hazırlatmışam. Bunun üzəri əl işləməsidir. Bütün qaşlar diqqətlə tək-tək yığılıb ki, əyri olmasın. Çox vaxt dostlarım deyir ki, harada ağılsız nə var, səndən çıxır. Yaponlar gündə bir fərqli şey çıxarır. Biz niyə bu cür etməyək ki?”