Ancelina Colinin çəkisi 42 kiloqrama düşüb - fotolar
Qadın
15:55 / 07.02.14
4708dəfə oxunub
A-
A
A+
Hollivud ulduzları Ancelina Coli və Bred Pitt Avstraliyada "Unbroken" ("Fasiləsiz") filminin təqdimat mərasiminə qatılıb.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, Colinin həddən artıq arıqlaması diqqət çəkib.
Çəkisi 42 kiloqrama enən cazibədar aktrisanın pərəstişkarları buna görə narahatlıq keçirir. Boyu 169 santimetr olan Ancelina ideal çəkisindən 13-18 kiloqram arıqdır.
Aktirsanın sinir sistemi ilə bağlı olan anoreksiya xəstəliyindən əziyyət çəkdiyi bildirilir.
Qeyd edək ki, "Unbroken" filmi A. Colinin rejissorluğu ilə ərsəyə gəlib. Aşağıdakı fotolar kinonun çəkilişi zamanı lentə alınıb.