Arqan yağının gücünü kəşf et

Arqan yağının gücünü kəşf et
59934 dəfə oxunub
  • A-
  • A
  • A+

Pantene Pro-V yumşaq, sağlam və gözəl görünən saçlar üçün arqan yağının möcüzəsini təqdim edir.

Əslində qarışıq iddialar və süni elementlərlə dolu olan dünyada təbiətin verdiyi sağlam vasitələrə dönmək istəməməyimiz təəccüblüdür. Əsas sual odur ki, təbiət həqiqətən də nəyin ən yaxşı olduğunu bilirmi? Təbii kosmetik yağlar gözəllik mütəxəssisləri arasında böyük bir trend yaradır. Çünki Hindistan kokosu, jojoba və zeytun yağı kimi təbii vasitələr, tərkibindəki doymamış yağlar və antioksidantlar ilə
dərinizi və saçlarınızı fərqli şəkildə nəmləndirir.

Bütün bunları bilsək də əksəriyyətimiz saçlarımızın yağlı görünməsindən qorxduğumuz üçün ənənəvi saç yağlarını istifadə etməkdənçəkinirik. Elə bu səbəbdən, sağlamlıq və gözəllik üçün ən təsirli komponentlərin bəzilərini təqdim edərkən təbiətin bəzən yardıma ehtiyacı ola bilər.

Pantene mütəxəssisi Frauke Neuserin sözlərinə görə, məhsulun tərkibindəki hər bir təbii vasitə xüsusi şəkildə və diqqətlə işlənilməlidir, çünki elm təbiətin maksimum təsirini göstərməli və insanların ehtiyaclarını ödəməlidir.

          

Gözəllik sektorunun gözbəbəyi olan arqanyağı, arqanağacının qabıqlı meyvəsinin çərdəyindən əldə edilir. Elm adamları zədələnmiş saçların bərpası və müdafiəsi üçün arqan meyvəsinin çərdəyini sıxaraq içindəki E vitaminini və antioksidantla zəngin olan yağı emal etdi və Pantene Pro-V ArqanYağı Terapiyası Kolleksiyasını yaratdı.

Yeni Pantene Pro-V ArqanYağı kolleksiyası yağların ağırlaşdırıcı təsiri olmadan sağlam saçlara qovuşmağınızı təmin edir. Üstəlik bu yeni məhsul kolleksiyası Darçın kompleksi və Mərakeş arqan yağının gücləndirici təsiri və baxımı sayəsində 4 addımda saçları 99% bərpa edir*.

Pantene Pro-V ArqanYağı kolleksiyası ilə sağlam saçlara nail olmaq üçün saçlara 4 mərhələdən ibarət qulluq təklif edir.

1 TƏMİZLƏYİN

ARQAN YAĞI TERAPİYASI ŞAMPUNU

Pantene Pro-V formulunu təbii yağlarla bir araya gətirərək saçlarınızı təmizləyir. Təbii yağlardan fərqli olaraq, saçları ağırlaşmadan, zədələnmiş saçların səthinibərpa etməyə yardım edir və saçlarınızı baxıma hazırlayır. Gündəlik istifadə üçün uyğundur.

2 NƏMLƏNDİRİN

ARQAN YAĞI TERAPİYASI BALZAMI

Pantene Pro-V formulunu təbii yağlarla bir araya gətirərək saçlarınızı nəmləndirir. Təbii yağlardan fərqli olaraq ağırlaşmadan zədələnmiş saçlarınızın səthini bərpa edir və saçın qoruyucu qatını gücləndirməyə yardım göstərir. Hər yuyulmadan sonra istifadə edə bilərsiniz.

3 BƏRPA EDİN

BƏRPAEDiCi ARQAN YAĞI TERAPiYASI MASKASI 2 DƏQiQƏYƏ TƏSiR GÖSTƏRiR

Saçların dibinə qulluq edir və zədələnmiş saçların səthini bərpa edir. Sadəcə 2 dəqiqədə saçlarınızı zədələnməyə qarşı möhkəmləndirərək qoruyur və onlara ipək yumşaqlıq bəxş edir. Həftədə 2 dəfə saçları yuduqdan sonra tətbiq edilməlidi.Maska bir neçə dəqiqə gözlədikdən sonra yaxşıca yuyulmalıdır.

4 QORUYUN

ARQAN YAĞI iLƏ SERUM

Pantene Pro-V formulunu Mərakeşdən gələn təbii arqan yağı ilə birləşdirərək saçlarınıza nəmlik hissi bəxş edir. Bu formul saçlarınıza qulluq edir və onları zədələnməyə qarşı qoruyur. Ən əsası isə, təbii yağlardan fərqli olaraq saçlarınızı ağırlaşdırmır. Hər səhər yaş və ya quru saçlara tətbiq edin və saçlarınıza həmişəki qaydada forma verin. Gündəlik istifadə üçün uyğundur.