Məşhur türkiyəli müğənni Dəmət Akalının ana olması ilə bağlı xəbər vermişdik.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ulduz artıq xəstəxanadan evinə buraxılıb.
Həyat yoldaşı Okan Kurt mətbuata açıqlamasında qızları Hiranın Dəmətə bənzədiyini söyləmişdi. 40 gün tamam olmayana qədər uşağın üzünü media nümayəndələrinə göstərməyəcəklərini deyən Okan körpəsi üçün 11 qoç kəsib. Cütlük övladlarının fotolarda əks olunmaması üçün uşağın üzünü örtüklə bağlayıblar.