Qalmaqallı müğənni Mayli Sayrus fotokamera qarşısına keçib.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, daha öncə “W Magazine” və “Love” jurnalları üçün çılpaq pozlar verən ulduz bu dəfə “Vogue” dərgisi üçün soyunub.
Jurnalın Almaniya versiyasının mart sayı üçün fotolar çəkdirən Mayli 3 fərqli şəkillə maraq doğurub. Müğənni dalğalı saçları və qırmızı dodaq boyası ilə Merilin Monronun 1985-ci ildə buraxdığı “Material Girl” albomunun qapaq fotosunu xatırladıb.