Tünzalə tanınmış caz ifaçısını qonaq edəcək

Tünzalə tanınmış caz ifaçısını qonaq edəcək
1339 dəfə oxunub
  • A-
  • A
  • A+
Bu gün Türkiyənin “TRT Müzik” telekanalında əməkdar artist Tünzalə Ağayevanın “Bir səsin cazibəsi” verilişinin növbəti buraxılışı efirə gedəcək.

Axşam.az xəbər verir ki, müğənninin budəfəki qonağı bolqarıstanlı caz ifaçısı Yıldız İbrahimovadır.  Y. İbrahimova səs texnikası və qeyri-adi improvizasiyaları ilə tanınır. Proqramda ifaçının maraqlı əsərləri səsləndiriləcək.

“Bir səsin cazibəsi” Bakı vaxtı ilə saat 22:30-da yayımlanacaq.