Fatimə Fətəliyevanın yeni layihə üzərinə çalışdığını xəbər vermişdik. Axşam.az-ın məlumatına görə, layihədə 15 məşhur sima bir araya gələcək.
Yeni layihənin məşqləri artıq başlayıb. Fatimə ötən gün müğənni Ramal İsrafilov, Günay İbrahimli və Nicat Məhərrəmova hind rəqsi öyrədib. İfaçılar fotolarını sosial şəbəkədə yerləşdiriblər.
Qeyd edək ki, sözügedən layihədə əməkdar artist Almaz Ələsgərli, müğənni Ramal İsrafilov, Könül Kərimova, Nadir Qafarzadə, Roza Zərgərli, Sevda Yahyayeva, Günay İbrahimli, Rəqsanə İsmayılova, Xəyyam Nisanov, Namiq Qaraçuxurlu, yumorist Rafael və Coşqun, Olimpiya çempionu Elnur Məmmədli, prodüser Tolik və başqaları iştirak edəcək.