Dünən Rusiyanın Soçi şəhərində XXII Qış Olimpiya Oyunlarının təntənəli açılış mərasimi baş tutub.
Axşam.az xəbər verir ki, tədbir simvolik olaraq yerli vaxtla saat 20:14-də başlanıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva da açılış mərasimində iştirak edib.
Dünyanın ən bahalı olimpiadası olacaq Soçi-2014-ün Olimpiya alovu 123 gün ərzində 65 min kilometr məsafə qət edib, dünyanın 3 minə yaxın yaşayış məntəqəsindən keçərək, Baykal gölünə, Elbrus zirvəsinə, Şimal qütbünə, hətta kosmosa çıxmağa imkan tapıb. Məşəlin daşınmasında 14 min adam iştirak edib.
Azərbaycanı Soçi Olimpiadasında dağ-xizək idmançıları Patrik Brahner, Sedrik Nots, fiqurlu konkisürmə idmançıları Yuliya Zlobina və Aleksey Sitnikov təmsil edəcək.