“Böyük səhnə”nin çəkilişləri Kiyevdə başladı - fotolar

“Böyük səhnə”nin çəkilişləri Kiyevdə başladı - fotolar
1525 dəfə oxunub
  • A-
  • A
  • A+
“İctimai” telekanalda yayımlanan “Böyük səhnə” musiqi yarışmasının seçim turları başa çatıb.

Axşam.az-ın məlumatına görə, finala vəsiqə qazanan iştirakçıların münsif qarşısında çıxışı Kiyevdə olacaq. İlk veriliş ötən gün baş tutub.

Gecənin aparıcıları Tural Əsədov və Hüsniyyə Məhərrəmova olub. Münsif kürsüsündə isə xalq artisti Mübariz Tağıyev, əməkdar artist Tünzalə Ağayeva, müğənni Eldar Qasımov və aparıcı Murad Arif yer alıb.

Qeyd edək ki, “Böyük səhnə” müsabiqəsinin qalibi ölkəmizi “Eurovision 2014” müsabiqəsində təmsil edəcək.