Publika.az-ın “Kokteyl” layihəsinin qonağı aparıcı Alida Mustafayevadır. Axşam.az aparıcının müsahibəsini ixtisarla təqdim edir.
- Başqa aparıcılardan nə ilə fərqlənirsiniz? Üstün və bəyənmədiyiniz cəhətləriniz nələrdir?
- Hər aparıcının öz üslubu, səs tembri, diksiyası var. Bunlar məndə də özünəməxsusluğu ilə seçilir. Pis və ya yaxşı tərəflərini isə tamaşaçıların öhdəsinə buraxıram. Onlar bu barədə daha ədalətli qərar verə bilərlər.
- Hər gün əməl etdiyiniz gözəllik ritualını, yaxud gözəllik sirrinizi bizimlə bölüşərdiniz.
- Hər gün əməl etdiyim xüsusi bir ritual yoxdur. Efir gözəllik və səliqə sevdiyi üçün təbii ki, hər dəfə makiyaj etməlisən. Davamlı “ukladka”dan sonra üzün və saçın xüsusi qulluğa ehtiyacı olur. Şükürlər olsun ki, hələ belə bir problemlə qarşılaşmamışam. Amma saçımın sağlam və möhkəm olması üçün qabaqlayıcı tədbirlər görürəm. Saç və üz maskalarından istifadə edirəm.
- Aparıcıların qarderobunu ən çox pencəklər və ciddi geyimlər təşkil edir. Bəs gündəlik həyatda necə geyinirsiniz?- Xəbərlərdə artıq qəbul olunmuş geyim üslubu var. Biz istəsək də, istəməsək də buna əməl etmək məcburiyyətindəyik. Düzünü desəm, qarderobumdakı ilk pencəyi xəbər aparıcısı olduğum vaxtdan etibarən almağa başlamışam. Bu vaxta qədər isə mən ümumiyyətlə, bu üslubda geyinmirdim. Amma indi fərqli üslublara müraciət edirəm. Necə geyinməyim gedəcəyim yerdən asılıdır.
- Niyə görə xəbərlərdə mütləq ciddi üslubda olmalısan?- Xəbər aparıcısının məqsədi tamaşaçının diqqətini xəbərə yönəltməkdir. Məhz buna görə, digər aparıcılardan fərqli olaraq biz bir qədər parıltılı aksessuarlardan və gecə makiyajından uzaq olmalıyıq. Tamaşaçıya məni boks əlcəyində, bayker kaskasında görmək, əlbəttə ki, maraqlı olardı. Amma bu mümkün deyil. Yeniliyi sevən biri kimi idman xəbərlərini aparsaydım bəlkə bunu da sınaqdan keçirərdim.
- Gözəl və cazibədar xanım olmaq hansı hallarda avantaj, hansı hallarda başa bəladır?- Gözəllik heç vaxt başa bəla deyil. Gözəl olmağı hansı qadın arzulamaz ki?!
- Son zamanlarda Azərbaycanda intiharların sayı artıb. Bu məsələyə toxunmaq istərdim. 20 yaşlı bir qız zorlandığına görə, özünü yandırır. Sizcə, Azərbaycan xanımı bu qədər cılızdır ki, hüquqlarını qorumaq əvəzinə, özünü yandırmağı, intiharı seçir?
- Bir nəfərin timsalında Azərbaycan xanımını cılız adlandırmaq düzgün olmazdı.
- Sizdən müsahibə alacığımı deyəndə çoxları sizə heyran olduğunu və mütləq bu sualı soruşmağımı istədi. Belə gözəl xanımın həyatında kimsə varmı? Ailə haqqında düşünürsünüz, sevgililər gününü qeyd edəcəksinizmi?- Sevib-sevilən insan üçün hər gün özəl və sevgililər günü olmalıdır. Hazırda həyatımda heç kim yoxdur, ona görə də sevgililər gününə hazırlaşmıram.
- Kişilərlə necə yola gedirsiniz?
- Ümumiyyətlə, hər kəslə yaxşı yola gedirəm. Bunu cinsi kateqoriyaya ayırmaq lazım deyil. Əgər kimsə pislik edərsə, cavabını verə bilərəm.
- Ümummiyyətlə, münasibətiniz necədir və heç psixoloq köməyinə ehtiyacınız olubmu?
- Buna ehtiyacım olmayıb, müraciət edənlərə isə normal baxıram. Ehtiyac duysam, mən də nə vaxtsa gedə bilərəm. Burda qəribə heç nə yoxdur.
- Tanınmış insanlar xüsusən də, hər gün efirə çıxıb aparıcılıq edən insanlar müəyyən müddətdən sonra məşhurluğunu itirməkdən qorxur. Yaxşı pul təklif eləsələr, başqa işlə məşğul olmağa və efirdən uzaqlaşmağa razı olardınız?
- İnsan məşhurluğunu itirsə olar, təki özünü itirməsin. Yüksək gəlirli iş təklifləri çox olur, amma öz işimi heç nəyə dəyişmərəm.
- Yalan danışmayan insan yoxdur. Ona görə bizə kələk gəlməyin ki, yalan danışmırsınız. Səmimi olun və cavab verin: ən çox kimə yalan danışırsınız?
- Həyatı məsələlərdə heç vaxt yalan danışmıram. Xırda məsələlərdə hamı kimi yalan danışmaq məcburiyyətində qalanda danışıram. Ən çox yalan danışdığım kimsə yadıma gəlmir.
- Nəyə görə yalan danışmalı olursunuz?
- Kiminsə xətrinə dəyməmək, insanları ruhdan salmamaq üçün...
- Başqa veriliş, yaxud layihə düşünürsünüzmü?- Ümumiyyətlə, xəbər formatından çıxmaq fikrim yoxdur. Amma bu yaxınlarda yenilik gözlənilir.
- Sizin üçün şokoladsız, yoxsa güzgüsüz qalmaq çətindir?
- Şokolad xoşbəxtlik gətirir, güzgü isə həyatımızın ayrılmaz bir hissəsidir. İkisi də mütləq olmalıdır. (Gülürük)