Elza millət vəkili ilə yoxsul ailələri ziyarət edib - fotolar
Ölkə
10:21 / 10.02.14
1497dəfə oxunub
A-
A
A+
Əməkdar artist Elza Seyidcahan millət vəkili Qənirə Paşayeva ilə birlikdə Tovuza gedib.
Müğənninin Axşam.az saytına verdiyi məlumata görə, onlar bir neçə yoxsul və ziyalı ailələri ziyarət edərək yardım göstəriblər:
“Hörmətli millət vəkilimiz Qənirə Paşayeva ilə birlikdə Tovuza getmişdik. O, həmişəki kimi, tovuzluların, oradakı ziyallıların və kənd camaatının qayğısını çəkir. Ehtiyacı olanlara kömək etdi, müəllim ailələrini ziyarət edib ehtiyacları ilə maraqlandı. Onlara kitablar, rəsm əsərləri və digər hədiyyələr verdi. Mən də bu işdə onun yanında olmaqdan qürur duyurdum. İnsanlar məni görəndə çox sevinirdilər, gözlərinə inanmırdılar. Mehriban ailələrlə tanış oldum. Bu ölkənin bir bəstəkarı və müğənnisi olaraq bu cür xeyir əməlləri özümə borc bilirəm”.