Günay İbrahimlinin ad günüdür – fotolar

Günay İbrahimlinin ad günüdür – fotolar
6912 dəfə oxunub
  • A-
  • A
  • A+
Bu gün müğənni Günay İbrahimlinin ad günüdür.

Axşam.az-ın məlumatın görə, sənətçi 1991-ci ildə anadan olub. 23 yaşını qeyd edən Günay sənətə ilk addımlarını “Yeni ulduz” müsabiqəsində atıb. Səhnədə qısa vaxt ərzində uğur qazanan sənətçi müsahibələrinin birində bunları deyib:

“Yarışmadan sonra dayanmadan çalışmağa başladım. İlk fotosessiyamda mənə "Yerə uzan" deyəndə təəccüblənirdim. İndi heç mənə demək lazım deyil ki, bunu et. Hər şeyi özüm bacarıram. Daha əvvəlki utancaq Günay deyiləm. Çalışıram, olduğum kimi qalım. Bunun üçün valideynlərimə borcluyam, mənə belə tərbiyə veriblər. İndi də anamdan çəkinirəm. Həmişə elə davranıram ki, onlar barəmdə artıq-əskik heç nə eşitməsinlər”.

Bir çox mahnılar ifa edən G.İbrahimlinin ən sevilən ifası “De onun adı nədir?” bəstəsi olub. “Ola bilərdin”, “Özümdə sənsən”, “Mən sənə inanırdım” kimi mahnıları da hitə çevrilib. Sənətçi ilk solo konsertini ötən ilin sentyabrında verib və tədbir böyük səs-küy doğurub.

Axşam.az saytının kollektivi sənətçini ad günü münasibəti ilə təbrik edir və gələcək işlərində uğurlar arzulayır.