Bir neçə gün əvvəl nikah masasına oturan türkiyəli prodüser Cenk İçdən və azərbaycanlı model Minarə Allahverdiyeva bal ayı üçün İstanbula yollanıb.
Axşam.az-ın məlumatına görə, cütlüklər yeni fotolarını sosial şəbəkədə paylaşıb. Cenkin ailəsi ilə tanış olan Minarə onlarla şəkillər çəkdirib. Tərəflər Türkiyənin tanınmış müğənnisi Çeliklə də görüşməyə imkan tapıb. Xoş vaxt keçirən model 3 kiloqram arıqladığını vurğulayıb:
“İstanbulda hər şey gözəldir. Yemək yadıma düşmür. Hətta 3 kiloqram arıqlamışam da”.
Qeyd edək ki, bu, Minarə və Cenkin ikinci evliliyidir. M.Allahverdiyevanın ilk evliliyindən bir qızı var. Cütlük ötən gün bal ayından qayıdıb.