Pərviz: “Mahnının hit olması ürəklə bağlıdır”

Pərviz: “Mahnının hit olması ürəklə bağlıdır”
2015 dəfə oxunub
  • A-
  • A
  • A+
Bir çox mahnıların müəllifi olan bəstəkar-müğənni Pərviz Mahmudov bəstələrindən söz açıb.

Axşam.az-ın məlumatına görə, sənətçi bütün mahnılarının hit olmasının sirrini açıb:

“Elə ilk yazdığım mahnı hit oldu. Düşünürəm ki, mahnının hit olması ürəklə və hislərlə bağlıdır. Yəqin dinləyicilər mənim ruhumu bəyənir. Həm də ən əsası mahnını müğənninin səsinə uyğun verirəm. Çünki uyğun səsdə mahnı gözəl səslənir”.

Qeyd edək ki, Günay İbrahimlinin ifasında “Səndən öncə, səndən sonra”, “İzlər” kimi mahnıları sevilən P. Mahmudov sənətçi ilə yeni işbirliyi qurub. Onların yeni işıq üzü görən “Ola bilərdin” mahnısına klip çəkiləcək. Bununla yanaşı, P. Mahmud və G. İbrahimli yaxın aylarda daha bir yaradıcı yeniliyə imza atacaqlar.

Xatırladaq ki, xalq artisti Aygün Kazımovanın “Alışdırma”, “Gəl, bax, gör”, Röyanın “Bəlkə də”, “Son görüş”, Sevda Yəhyayevanın “Buz kimi”, “O zaman”, “De mənə”, “Sən”, “Saxta” kimi mahnıların müəllifi də Pərviz Mahmudovdur.