Rus estradasının sevilən ifaçılarından olan Valeriya Bakıda konsert verəcək.
Axşam.az-ın məlumatına görə, sənətçinin konserti aprelin 14-də Heydər Əliyev Sarayında gerçəkləşəcək.
Qeyd edək ki, ifası ilə yanaşı, cəsarətli fotoları ilə də tanınan Valeriyanın “Otpusti menya” ("Burax məni"), “Ne obijay menya” ("Məni incitmə"), “Çelovek dojdya” ("Yağış adam") kimi sevilən mahnıları var.