Uzun illərdir sarışın olan müğənni Britni Spirs atdığı addımla hər kəsi təəccübləndirib.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, ifaçı saçlarını şabalıdı rəngə boyayıb.
Buna səbəb ulduzun yeni təqdim etdiyi ətrin reklam çəkilişidir. Maddi vəziyyətini yaxşılaşdırmaq məqsədilə yeni parfümünü sevənlərinin ixtiyarına verən ulduz “Naughty & Nice” adlanan ətrin 14 fevral – Sevgililər Gününə özəl hazırlandığını bildirib. “Naughty & Nice”-ın köməyi ilə sevgililər gününü daha da xüsusi et” yazan Britni imicini də bu məqsədlə dəyişdiyini vurğulayıb. Bəzi pərəstişkarları ulduzun bu saç rəngini çox bəyənsə də, kəskin tənqid edənlər də az olmayıb.