Dünyanın ən məşhur və seksual modellərindən olan Rouzi Hantinqton-Uaytli haqqında 15 fakt:
“Victoria's Secrets” markasının mələkləri arasında yeganə ingilisdir.
Karyerasına 16 yaşında başlayıb.
Sevdiyi musiqi – “The Rolling Stones”, “The Beatles”, “Fleetwood Mac” və Qreqori İsaaksdır.
Atası Çarlz Hantinqton-Uaytli daşınmaz əmlak qiymətləndiricisi, anası Fiona isə fitnes təlimatçısıdır.
Sevimli televiziya proqramları “Böyük şəhərdə seks” və “Qriffinlər”dir.
Steyk, çips və dietik kola modelin ən sevimli yeməyidir.
Rouzi sörfinq və paraşütdən tullanmanı öyrənmək arzusundadır.
Həmişə üzərində tuş gəzdirir.
Məktəbdə Rouziyə iri dodaqlarına və arıqlığına görə “çirkin ördək balası” deyirmişlər.
İlk qonorarına “Ford Ka” avtomobili alıb.
Artıq 4 ildir özündən 20 yaş böyük aktyor Ceyson Stethamla sevgilidir.
Əvvəllər breket taxırmış.
Model olmasaydı, interyer-dizayner olardı.
Rouzi özündə ən çox iri dodaqlarını yox, gur qaşlarını sevir.
2011-ci ildə “Maxim” jurnalının hazırladığı “Ən seksual qadınlar” siyahısında birinci yeri tutub.
ailəm.az