Fransanın maqazin müxbiri Paskal Rostainin “Europe 1” telekanalında dediyi sözlər hər kəsi şoka salıb.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, açıqlaması ilə ABŞ prezidenti Barak Obama və müğənni Beyonsun gizli eşq yaşaması ilə bağlı yayılan şayiələri daha da gücləndirib.
Müxbir “Vaşinqton Post” qəzetinin bu günlərdə gündəmi zəbt edəcək bir xəbər yayımlayacağını deyib. Paskal nəşrin tezliklə böyük bir dedi-qodunun əsasını qoyacağını vurğulayıb: “Bilirsinizmi, bu aralar ABŞ-da çox böyük hadisələr cərəyan edir. Bu, sabah “Vaşinqton Post” qəzetində də öz əksini tapacaq. Mətbuat prezident Barak Obama və Beyons arasında hər hansı bir münasibətin olduğunu özündən uydura bilməz” .
Xatırladaq ki, Paskal daha əvvəl də bu barədə açıqlama vermişdi. O, tərəflərin birlikdə fotolarının yayılmasının şayiələri daha da gücləndirdiyini söyləmişdi: “Keçmişdəki Merlin Monro dedi-qodularını unutmaq olmaz. Dünyanın ən böyük lideri ola bilərsiniz, amma nəticə etibarilə siz də insansınız” .
Digər tərəfdən Barak Obama və həyat yoldaşı Mişel Obamanın boşanma ərəfəsində olması ilə bağlı yayılan xəbərlər də bu söz-söhbətin daha da böyüməsinə gətirib çıxarıb. Dedi-qoduların yayılmasına təkan verən daha bir məqam Obama ikinci dəfə prezident seçilərkən andiçmə mərasimində milli marşı məhz Beyonsun səsləndirməsi olub.