Özgü Namal illər sonra görüntüləndi

Özgü Namal illər sonra görüntüləndi
5326 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli aktrisa Özgü Namal bir müddət öncə həyat yoldaşı Serdar Oral və uşaqları ilə kənd həyatını seçərək, şəhərdən uzaqda yaşamağa başlayıb.

Axşam.az xəbər verir ki, birlikdə illər sonra görüntülənən cütlük alış-verişdən dönərkən obyektivlərə tuş gəlib.

Onların ikinci övladı, 1,5 yaşlı Elem Su da ilk dəfə kameraların hədəfi olub.

Cütlük bağ evini 10 illik kirayə götürüb. Orada Serdar Oralın 7 hektarlıq ərazisi də var. Hansı ki, bu torpaq sahələrini almaq Orala 1,4 milyon lirəyə başa gəlib.

Qeyd edək ki, Özgü və Serdar 2013-cü ildə eşq yaşamağa başlayıb. Onların ilk övladı Nefes 2015-ci ilin aprelində, ikinci övladı Elem Su isə 2016-cı ilin dekabrında dünyaya gəlib.

Onu da bildirək ki, Ö.Namal “Kurtlar Vadisi”, “Hanımın çiftliyi” kimi seriallarla məşhurlaşıb.