Türkiyənin tanınmış aparıcısı Burcu Esmersoy nişanlısı Sami Kiresepidən ayrılıb.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, teleaparıcının şirkət sahibi ilə münasibətlərinin hansı səbəbdən pozulduğu məlum deyil.
Burcu artıq 300 min lirəlik (təxminən, 120 min AZN) nişan üzüyünü geri qaytarıb. Bir müddət əvvəl üzüyü nə üçün taxmadığını soruşduqda Esmersoy "İdmana və işə gedərkən üzük taxmaq məni narahat edir" deyərək cavab vermişdi.
Qeyd edək ki, B. Əsmərsoy və S. Kiresepi ötən il Nyu-Yorkda nişanlanmışdı. Oktyabrın 2-də evlənməyi planlaşdıran cütlük daha sonra toyu 2014-cü ilin yayına təxirə salmışdı.