Bir müddət əvvəl Almaniyanın tanınmış musiqi şirkətlərindən biri ilə müqavilə imzalayan müğənni İlhamə Qasımova işbirliyindən söz açıb.
Axşam.az-ın məlumatına görə, "Xəzər" telekanalında yayımlanan "Bizim gün" verilişinə qonaq olan sənətçi sözügedən şirkətlə yeni layihə hazırladığını bildirib:
“İşbirliyimiz davam edir. Amma onlar mahnı xətrinə yenilik etmək istəmirlər. Orada hər şeyin sonunda maliyyə durur. Əgər bir mahnı onlara gəlir gətirməyəcəksə, onu təqdim etmirlər. Onlar üçün müğənninin səsinin olub-olmaması önəmli deyil. Əsas olan o sənətçinin gəlir gətirməsidir. Hər bir sənətçinin simasına uyğun planları var. Yaxın günlərdə yeni mahnı üzərində işləyəcəyik”.