Validə Abbasovayla evlənmək istəyir - fotolar

Validə Abbasovayla evlənmək istəyir - fotolar
6068 dəfə oxunub
  • A-
  • A
  • A+
Model Validə Abbasova evlilik təklifi alıb.

Bu barədə Axşam.az saytına açıqlamasında modelin özü deyib.

Uzun müddətdir gənc əcnəbi oğlanla İsveçrədə olan Validə həmin insanın kimliyini açıqlayıb:

"O, çox sevdiyim dostumdur. Ondan evlilik təklifi almışam. Amma həyatımı nikahla bir insana bağlamaq istəmirəm. İnsanları sevgi və zaman bir-birinə uyğunlaşdırmalıdır. Hər şeyin öz vaxtı var".

Validə Abbasova Azərbaycandan birdəfəlik getməsi haqda yayılan xəbərləri isə təkzib edib:

"Bu, yalandır. Ora mənim doğma evimdir. Nə qədər uzaqda olsam da, qəlbim Bakı ilə döyünür. İşlərimlə bağlı maraqlı layihələrim var. İçərisindən ən uyğun olanını həyata keçirəcəyəm".